Məktəbli qızın meyiti tapıldı Bakıda faciə


Digərləri 22 Fev 2018 12:04:56 228 0

Məktəbli qızın meyiti tapıldı  Bakıda faciə

Bakıda ölümlə nəticələnən bədbəxt hadisə baş verib.   Son.az lent.az-a istinadən xəbər verir ki, Yasamal rayonu 2-ci Alatava qəsəbəsində yaşayan 2003-cü il təvəllüdlü Qabulova Çimnaz Elşən qızı hamam otağında olarkən dəm qazından zəhərlənib. 15 yaşlı qızın meyitini yaxınları aşkarlayıb və bu barədə hüquq-mühafizə orqanlarına məlumat verilib.

Faktla bağlı Cinayət Məcəlləsinin 314.2-ci (səhlənkarlıq, ölümlə nəticələndikdə) maddəsi ilə iş başlanılıb, araşdırma aparılır.