Birinci sinfə qəbulla bağlı suallar cavablandırılır


Digərləri 22 Fev 2018 11:56:43 269 0

Birinci sinfə qəbulla bağlı suallar cavablandırılır

Bakı Şəhəri üzrə Təhsil İdarəsinin "Facebook" səhifəsində 22 fevral - 2 mart 2018-ci il tarixlərində paytaxt məktəblərində I sinfə qəbulla bağlı valideynləri (qanuni nümayəndələri) maraqlandıran məsələlərə daha geniş aydınlıq gətirmək üçün müvafiq suallara cavab veriləcək.

İdarədən Son.az-a verilən məlumata görə, suallar şərhlər vasitəsilə cavablandırılacaq.

İstifadəçilərdən təkrarlanan suallarla müraciət etməmək xahiş olunur.

Şərh yazarkən müvafiq qanunvericiliyin tələblərinə əməl edilməlidir. Əks halda, belə şərhlər səhifədən silinəcək.

Müraciətlər yalnız paytaxt məktəblərində I sinfə qəbulla bağlı olmalıdır.