Əli Əhmədov ATƏTin Demokratik Təsisatlar və İnsan Haqları Bürosunun nümayəndə heyətini qəbul edib FOTO


Siyasət 22 Fev 2018 11:49:00 267 0

Əli Əhmədov ATƏTin Demokratik Təsisatlar və İnsan Haqları Bürosunun nümayəndə heyətini qəbul edib  FOTO

Azərbaycan Respublikası Baş nazirinin müavini, YAP-ın Sədr müavini - icra katibi Əli Əhmədov fevralın 22-də ATƏT-in Demokratik Təsisatlar və İnsan Haqları Bürosunun (DTİHB) Ehtiyacların Dəyərləndirilməsi Missiyasının nümayəndə heyətini partiyanın mənzil-qərargahında qəbul edib.

Son.az xəbər verir ki, YAP-dan Trend-ə verilən məlumata görə, görüşdə YAP-ın Sədr müavini Əli Əhmədov Yeni Azərbaycan Partiyasının aprelin 11-də keçiriləcək prezident seçkilərinə hazırlıq işlərindən bəhs edərək, seçkilərin ədalətli və şəfaf keçiriləcəyinə əminliyini ifadə edib.

Nümayəndə heyətinin rəhbəri, ATƏT/DTİHB-in Seçki Departamentinin rəhbəri Aleksandr Şlik görüşdən məmnunluğunu bildirərək, qurumun Azərbaycanda seçkilər prosesinə maraq göstərdiyini ifadə edib.

Görüşdə YAP İcra katibinin müavini, Milli Məclisin ictimai birliklər və dini qurumlar komitəsinin sədri Siyavuş Novruzov və YAP-ın Beynəlxalq əlaqələr şöbəsinin müdiri, Milli Məclisin deputatı Sevinc Fətəliyeva iştirak ediblər.


Xəbərə aid fotolar