Türkiyədə bələdiyyə sədrinə bıçaqla hücum olub


Dünya 22 Fev 2018 11:32:51 218 0

Türkiyədə bələdiyyə sədrinə bıçaqla hücum olub

Esat Aktürk helikopterlə Erciyəs Universitetinin Tibb Fakültəsinin xəstəxanasına çatdırılıb

Türkiyənin Kayseri əyaləti Yahyalı rayon bələdiyyəsinin sədri Esat Aktürkə bıçaqla hücum edilib.

“Report” “Haberler”ə istinadən xəbər verir ki, hücum nəticəsində yaralanan bələdiyyə sədri helikopterlə Erciyəs Universitetinin Tibb Fakültəsinin xəstəxanasına çatdırılıb.

Hadisəni törədən Mehmet A. adlı şəxs tutulub. O, rayonun Seyidli məhəlləsindən yeni yol açılmasına etiraz edirmiş. Mehmet A. bələdiyyə işçilərinin fəaliyyət göstərdiyi yol tikintisinin vəziyyəti ilə tanış olmağa gələn E.Aktürkə, bələdiyyə əməkdaşı Sinan Sivirtepeyə bıçaqla hücum edərək, onları yaralayıb.

Məlumata görə, E.Aktürk hakim Ədalət və İnkişaf Partiyasının üzvüdür.