“Neftçi”nin təlim-məşq bazası nə vaxt təhvil veriləcək?


İdman 22 Fev 2018 11:16:00 345 0

“Neftçi”nin təlim-məşq bazası nə vaxt təhvil veriləcək?

“Neftçi”nin hazırda inşası davam etdirilən təlim-məşq bazasını 2019-cu ilin sonunda təhvil verməyi planlaşdırırıq”.

Bunu “Neftçi” klubunun vitse-prezidenti Elnur Eyvazov deyib. 

O bildirib ki, burada söhbət təkcə bazanın tikintisindən getmir: “Əlavə iki yeni süni meydança qurmaq niyyətindəyik. Bildiyiniz kimi, üstüörtülü meydançamız da mövcuddur. Onun yenidən bərpası düşünülür. Bütün işlərimiz yalnız tikinti ilə bağlı olmayacaq. Bəzi işlər də var ki, onlar da öz həllini tapmalıdır. "Neftçi"nin akademiyası dağınıq vəziyyətdədir. Bu məsələni də kompleks şəkildə həll etməyi düşünürük”.

Qeyd edək ki, "Neftçi”nin İsmət Qayıbov adına təlim-məşq bazası Bakıxanov qəsəbəsində, İsmət Qayıbov adına stadionun yerində inşa olunur.