“Atəşgah” səfər sığortası üzrə 36,2 min manat sığorta ödənişi edib


Digərləri 22 Fev 2018 11:38:53 228 0

“Atəşgah” səfər sığortası üzrə 36,2 min manat sığorta ödənişi edib

Azərbaycanın sığorta bazarının liderlərindən biri olan “Atəşgah” Sığorta Şirkəti 2017-ci ilin son altı ayı ərzində səfər sığortası üzrə ödənişlərini açıqlayıb.

Bakı. Azərbaycanın sığorta bazarının liderlərindən biri olan “Atəşgah” Sığorta Şirkəti 2017-ci ilin son altı ayı ərzində səfər sığortası üzrə ödənişlərini açıqlayıb. Şirkətdən Trend-ə verilən məlumata görə, “Atəşgah” tərəfindən 2017-ci ilin iyul-dekabr ayları üzrə ödənilmiş səyahət sığortasının ümumi məbləği 36.287 AZN təşkil edib. 2017-ci ilin son altı ayı ərzində “Atəşgah” SŞ tərəfindən ödənilən ən yüksək məbləğli səfər sığortası 12.717 AZN olub. Həmin ilin avqust ayında Türkiyə Respublikasında səfərdə olan, sığorta olunan şəxs səhhətində yaranan şikayətlər səbəbindən stasionar müalicə olunub, lakin tibbi xidmətlərə baxmayaraq vəfat edib. Sığorta olunanın müalicə və cənazəsinin Azərbaycana gətirilməsi üzrə bütün xərclər şirkət tərəfindən qarşılanıb.