1000 nəfər sərnişini olan gəmi yük gəmisi ilə toqquşub - Çində


Digərləri 22 Fev 2018 11:14:00 173 0

1000 nəfər sərnişini olan gəmi yük gəmisi ilə toqquşub - Çində

Çinin cənubundakı Quandun əyalətinin sahillərində yük gəmisi ilə sərnişin gəmisi toqquşub

Bakı. Çinin cənubundakı Quandun əyalətinin sahillərində yük gəmisi ilə sərnişin gəmisi toqquşub. Trend-in məlumatına görə, hadisə nəticəsində iki nəfər itkin düşüb. Qəza zamanı sərnişin gəmisində min nəfərə yaxın sərnişin olduğu bildirilib. Məlumata görə, toqquşma nəticəsində yük gəmisi aşıb və gəmidə olan beş nəfər suya düşüb. Onlardan 3 nəfəri xilas etmək mümkün olub.