Proqnozlar Bürosu: Bakıda müşahidə olunan çiskinli-buludlu hava qış fəsli üçün normaldır


Sosial 22 Fev 2018 11:06:44 262 0

Proqnozlar Bürosu: Bakıda müşahidə olunan çiskinli-buludlu hava qış fəsli üçün normaldır

Gülşad Məmmədova: "Mülayim şimal-şərq küləyi əsir"

“Bu gün səhər saatlarından Bakıda çiskinli-buludlu hava şəraiti müşahidə olunur”.

Bunu “Report”a açıqlamasında Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Hidrometeorologiya Departamentinin Hidrometeoroloji Proqnozlar Bürosunun direktoru Gülşad Məmmədova deyib.

O bildirib ki, ölkə ərazisində mülayim şimal-şərq küləyi əsir: "Hazırda şərq rayonlarında da çiskinli hava şəraiti müşahidə olunur, belə hava şəraiti qış fəsli üçün normaldır".