Bakı məktəblərinin I sinfinə elektron sistem vasitəsilə şagird qəbulu başlayıb


Digərləri 22 Fev 2018 11:04:00 266 0

Bakı məktəblərinin I sinfinə elektron sistem vasitəsilə şagird qəbulu başlayıb

Bu gündən 2018-2019-cu dərs ili üzrə Bakı məktəblərinin I sinfinə elektron sistem vasitəsilə şagird qəbulu başlayıb.

Son.az report-a istinadən xəbər verir ki, sentyabrın 15-dək davam edən elektron ərizənin qeydiyyatı prosesində valideynlər məktəbi, təlim dilini və müəllimi seçməlidirlər.

Yeni tədris ilində məktəbəhazırlıq qruplarında təhsil alan uşaqların valideynlərinin istəyini nəzərə alaraq, onların I sinifdə də eyni sinifdə komplektləşdirilməsi və eyni müəllimə həvalə olunması nəzərdə tutulur. Bu qayda 2017-2018-ci tədris ilində məktəbəhazırlıq qruplarında dərs deyən, 2018-2019-cu tədris ilində I sinifdə tədris aparması planlaşdırılan müəllimlərin dərs dediyi siniflərə şamil olunur.