Ötən gün müxtəlif yerlərdə oğrular saxlanılıb


Digərləri 22 Fev 2018 10:45:00 173 0

Ötən gün müxtəlif yerlərdə oğrular saxlanılıb

Daxili işlər orqanlarının əməkdaşları tərəfindən ümumən cinayətkarlığa, o cümlədən, mülkiyyət əleyhinə olan növlərinə qarşı mübarizə tədbirləri davam etdirilir.

Bakı. Daxili işlər orqanlarının əməkdaşları tərəfindən ümumən cinayətkarlığa, o cümlədən, mülkiyyət əleyhinə olan növlərinə qarşı mübarizə tədbirləri davam etdirilir. Daxili İşlər Nazirliyinin mətbuat xidmətindən Trend-ə verilən məlumata görə, ötən gün polis orqanları tərəfindən həyata keçirilən əməliyyat tədbirləri nəticəsində bir sıra oğurluqlar törədən şəxslər saxlanılaraq istintaqa cəlb ediliblər. Belə ki, Suraxanı RPİ 30-cu Polis Bölməsi əməkdaşlarının keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində ötən ilin noyabr-dekabr ayları ərzində rayon ərazisindəki 4 evdən, 1 həyətyanı sahədən təmir-tikinti alətləri, məişət əşyaları və 2 baş qoyun oğurlamaqda şübhəli bilinən Bakı şəhər sakinləri Nurlan Ağayev və Sərhat Əmirov saxlanılıblar. Sumqayıt ŞPİ 1-ci Polis Bölməsi əməkdaşlarının keçirdikləri əməliyyat tədbirləri nəticəsində cari il yanvarın 25-dən fevralın 10-dək olan müddətdə şəhər ərazisindəki 5 evdən qızıl, məişət və geyim əşyaları oğurlamaqda şübhəli bilinən Sumqayıt şəhər sakini Əziz Əsgərov saxlanılıb.