Bakıda Hindistan məhsullarının sərgisi olacaq


Digərləri 22 Fev 2018 10:18:00 228 0

Bakıda Hindistan məhsullarının sərgisi olacaq

Hindistanın PHD Ticarət və Sənaye Palatasının təşkilatçılığı ilə 13-16 mart 2018-ci il tarixlərində Bakıda "Best of İndia Exhibition" adlı ticarət sərgisi keçiriləcək.

Azərbaycan Respublikası Sahibkarlar (İşəgötürənlər) Təşkilatları Milli Konfederasiyasından Son.az-a verilən məlumata görə, sərgidə Hindistandan düyü, buğda məmulatları, plastik materiallar, elektron məişət avadanlıqları, çay, qiymətli daşlar və zərgərlik əşyaları, geyim, əczaçılıq malları, velosiped və velosiped hissələri istehsalçıları və digər müxtəlif sektorları təmsil edən şirkətlərin məhsulları nümayiş olunacaq. Sərgi Hindistanın Ticarət və Sənaye Nazirliyi , Hindistanın Azərbaycandakı səfirliyi  və Azərbaycan Respublikası Sahibkarlar (İşəgötürənlər) Təşkilatları Milli Konfederasiyasının dəstəyi ilə "Amay" ticarət mərkəzində baş tutacaq.

Qeyd edək ki, 1905-ci ildə yaradılan PHD (Progress Harmony for Development- İnkişaf üçün Tərəqqi Harmoniyası) Ticarət və Sənaye Palatası (PHD Chamber Of Commerce and Industry) Hindistanın 48 min sahibkarlıq subyektini özündə birləşdirən ən qədim və böyük ticarət palatalarından biri hesab olunur.