Gürcüstandan gələn maşınlar haqda


Digərləri 22 Fev 2018 09:58:11 288 0

Gürcüstandan gələn maşınlar haqda

Son.az avtomobil bazarı üzrə ekspert Rəşad Quliyevin fins.az-a müsahibəsini təqdim edir: 

- Azərbaycan ikinci əl avtomobil bazarı əsasən Gürcüstanla əlaqəlidir. Tez-tez xarici bazarlarda olursuz. Azərbaycana bu ölkədən əsasən hansı avtomobillər gətirilir?

- Gürcüstanda satılan avtomobillər əsasən Amerikadan gətirilir. Bunlar əsasən vurulmuş, əzilmiş, hava yastıqları açılan avtomobillərdir. Bu avtomobillər Gürcüstan təmir edilir və Azərbaycan, Ukrayna, Rusiya və digər MDB ölkələrində satışa çıxarılır. Gürcüstan bazarında demək olar ki, təmiz maşın yoxdur. Olsa da, bu çox bahadır. Vuruq avtomobillərin Azərbaycana gətirilməsinin əsas səbəbi isə ucuz başa gəlməsidir. Bu avtomobillər Amerikada hərracda 2000-4000 dollara alınır. Gürcülər təmirə bir qədər pul xərcləyir və yerli avtomobil alverçilərilərə satır. Yerli alverçilər də üstünə 1000-2000 manat qoymaqla avtomobili Azərbaycanda  satışa çıxarır. Məsələn, avtomobilin vuruğundan aslı olaraq 2011-ci il model KİA Optima Amerikadan 3-4 min dollara gətirilir. Gürcülər onu 1000-1500 dollara təmir edib Azərbaycanlı alverçilərə satırlar. Azərbaycan bazarında isə bu avtomobil 24 min manata təklif edilir.

Azərbaycana gətirilən belə avtomobillər arasında hətta qəzada yük maşının altında əzilən, dayaqları sıradan çıxan avtomobillər var. Yarısı olmayan iki avtomobili Gürcüstanda elə calaq edirlər ki, bunu ancaq bu işin peşəkarları müəyyən edə bilir. Bəzi avtomobillərdə isə kiçik vuruqlar olur. Məsələn, avtomobilin buferi əzilibsə onu təmir edirlər. Alverçilər isə yerli bazarda ucuz satmaq üçün tamamilə əzilən avtomobilləri Azərbaycana gətirirlər.

- ABŞ-dan gətirilən avtomobillər arasında qəzaya düşməyən modellər varmı?

- Bəli, ABŞ-dan gətirilən qəza keçirməyən avtomobillər də var. Amma bu avtomobillərin başqa bir problemi var. Bu suda batmış maşınlardır. Suda batan avtomobillərin elektrik sistemi təbii ki, sıradan çıxır. Bu avtomobilləri də Gürcüstanda düzəldirlər. Amma avtomobilin ömrü qısa olur. Bütün naqillər və datçiklər suyun altında qaldığı üçün bir ay sürüldükdən sonra avtomobilin elektrik sistemi tam sıradan çıxır və təmir böyük xərc tələb edir. Yəni, avtomobil Gürcüstandan alınıbsa, hər hansı vuruğu yoxdursa, əmin olun ki o suda batıb.

- Azərbaycana gətirilən belə avtomobillər əsasən hansı modellərdir?