Rusiya “qanuni oğruları” deportasiya edir


Dünya 22 Fev 2018 09:46:00 222 0

Rusiya “qanuni oğruları” deportasiya edir

Bu yay Rusiyada keçiriləcək futbol üzrə dünya çempionatı öncəsi təhlükəsizliyi təmin etmək məqsədilə ölkədə fəaliyyət göstərən "qanuni oğrulara" qarşı əməliyyatlar başlayıb.

Son.az qafqazinfo-ya istinadən xəbər verir ki, bu məqsədlə onların Rusiyadan deportasiya edilməsinə start verilib.

Məlumata görə, 51 yaşlı Aslan Kobuladze və Suliko Şarikadze Gürcüstana, 43 yaşlı Kamçibek Kolbaev isə Qırğızıstana yola salınacaq. Bir müddət öncə isə Baçuka Paçuliya Gürcüstana, Dadaş Bakılı isə Azərbaycana deportasiya edilib.