Çində yük və sərnişin gəmiləri toqquşub, iki nəfər itgin düşüb


Dünya 22 Fev 2018 08:54:29 265 0

Çində yük və sərnişin gəmiləri toqquşub, iki nəfər itgin düşüb

Sərnişin gəmisində qəza zamanı 970 nəfər olub

Cümə axşamı gecə Çinin Quandun əyaləti sahillərində yük və sərnişin gəmiləri toqquşub.

“Report” TASS-a istinadən xəbər verir ki, bu barədə Şanxayın "Penpay" informasiya portalı məlumat yayıb.

Qəza nəticəsində zərbədən sonra batan yük gəmisindəki 5 nəfər suya düşüb, onlardan 3-ü xilas edilib, daha iki heyət üzvü hələ ki, itgin düşmüş hesab olunur.

Haynan əyalətində qeydiyyatda olan yük gəmisi polad hissələr daşıyıb. Cüzi zədə alan sərnişin gəmisində qəza zamanı 970-dən çox sərnişin və 140 nəqliyyat vasitəsi olub. O, uğurla Çjanszyan şəhəri limanına yan alıb. Sərnişinlər arasında xəsarət alanların olub-olmaması barədə məlumat yoxdur.