Android üçün Gmailin sadə versiyası hazırlanıb


Digərləri 22 Fev 2018 08:31:00 227 0

Android üçün Gmailin  sadə versiyası hazırlanıb

"Google" şirkəti "Android" mobil əməliyyat sisteminin idarəetməsi altında işləyən qurğular üçün "Gmail" kliyentinin sadə versiyasını istifadəyə verib. "Gmail Go" mobil proqramı başlanğıc səviyyəli smartfonlar, zəif şəbəkə əhatəsinə və ya internetə bahalı çıxışa malik regionlar üçün nəzərdə tutulub.   Son.az ICTnews-a istinadən bildirir ki, "Gmail Go" smartfonda az yer tutur, trafikə qənaət edir və standart funksionallığı təmin edir. Kliyent bir neçə hesabdan istifadəyə imkan verir, müxtəlif qovluqlar üzrə avtomatik filtrasiya həyata keçirir, yeni məktublar haqda ani bildiriş göndərir.   Məktubları həm onlayn, həm də oflayn oxumaq və onları cavablandırmaq imkanı mövcuddur. Arzuolunmaz məktubların blok edilməsi üçün antispam mexanizmi nəzərdə tutulub.