ABŞ-ın Monteneqrodakı səfirliyinə silahlı hücum olub


Dünya 22 Fev 2018 08:08:29 266 0

ABŞ-ın Monteneqrodakı səfirliyinə silahlı hücum olub

Naməlum şəxs səfirlik binasına partlayıcı maddə atıb, ardınca özünü partladıb

Monteneqronun paytaxtı Podqoritsa şəhərində naməlum şəxs ABŞ səfirliyinin binasına partlayıcı maddə atıb, ardınca özünü partladıb.

“Report” TASS-a istinadən xəbər verir ki, bu barədə cümə axşamı "Reuters" məlumat yayıb.

Bildirilir ki, hücum çərşənbə günü gecəyarısı baş verib.

ABŞ səfirliyi öz vətəndaşlarına diplomatik nümayəndəliyin yerləşdiyi ərazidən uzaq olmağı tövsiyə edib.