Ekzoplanetlərin axtarışı üçün yeni teleskop buraxılacaq


Digərləri 22 Fev 2018 08:01:00 312 0

Ekzoplanetlərin axtarışı üçün yeni teleskop buraxılacaq

ABŞ Kosmik Agentliyi (NASA) apreldə ekzoplanetlərin axtarışı ilə məşğul olacaq yeni "TESS" (Transiting Exoplanet Survey Satellite) kosmik teleskopunu buraxmağı planlaşdırır.

Son.az ICTnews-a istinadən bildirir ki, teleskop yüksək elliptik orbitə çıxarılaraq onun enlibucaqlı kameraları vasitəsilə xüsusilə ulduzların olduqları zonalarda kiçik, daşlı, buzla örtülmüş dünyaların axtarışının aparılması nəzərdə tutulur.

Məlumata görə, "TESS" teleskopunun "Kepler" kosmik teleskopu kimi tranzit fotometriya metodundan istifadə etməsinə baxmayaraq güclü kameralar sayəsində daha parlaq ulduzları tədqiq edə biləcək. Bundan başqa, o, "Kepler"in əhatə dairəsini 400 dəfə üstələyən sahəni əhatə edəcək və 200 mindən çox tranzit hadisəsini (planet ulduz dairəsinin qarşısından keçəndə və sonuncunun parlaqlığı bir qədər azalanda) izləyəcək.