Azərbaycanda 100 yaşlı sakini olmayan rayon və şəhərlərin ADLARI - I yeri müalicəvi Naftalan tutur


Digərləri 22 Fev 2018 07:45:27 225 0

Azərbaycanda 100 yaşlı sakini olmayan rayon və şəhərlərin ADLARI - I yeri müalicəvi Naftalan tutur

Azərbaycanda 100 və daha yuxarı yaşlı sakini olmayan rayon və şəhərlər var.

Bakı. İlhamə İsabalayeva - Azərbaycanda 100 və daha yuxarı yaşlı sakini olmayan rayon və şəhərlər var. Trend-in apardığı təhlillərə görə, 2017-ci il yanvarın 1-ə olan məlumata görə, Bakının Qaradağ, Gəncənin Nizami rayonunda, Ağstafa, Oğuz, Lerik, Beyləqan, Qobustan rayonları, Şirvan şəhərində yaşı 100 və daha çox olan sakin yoxdur. 2013-cü ildə Bakının Qaradağ rayonunda yaşı 100-dən çox olan 3 qadın olsa da, 2014-cü ildən sonra bu rayonda yaşı 100-dən çox olan uzunömürlü olmayıb. Son 5 il əzində Gəncənin Nizami rayonunda yalnız 2015-ci ildə 3 qadın yaşı 100 və daha çox olan şəxs kimi qeydiyyata alınıb. Həmin ildən sonra bu rayonda həmin yaşda sakin yaşamayıb. Ağstafa rayonunda 2013-cü ildə 5 nəfər yaşı 100-dən çox olan insan olsa da, 2017-ci ildə bu rayonda uzunömürlü olmayıb. Oğuzda da yaşı 100 və daha yuxarı olan sakin sonuncu dəfə 2013-cü ildə qeydə alınıb. 2013-cü ildə 5 nəfər yaşı 100 və daha çox olan sakini olan Lerikdə ötən il bu yaşda sakin olmayıb. Beyləqan rayonunda ötən il, Şirvan şəhərində isə son 5 il ərzində yaşı 100 və daha çox olan sakin olmayıb.