Androiddə ən çox resurs işlədən proqramlar bəlli olub


Digərləri 22 Fev 2018 07:11:00 244 0

Androiddə ən çox resurs işlədən proqramlar bəlli olub

"Avast" antivirusunun yaradıcıları "Android" mobil əməliyyat sistemində ən çox resurs işlədən mobil proqramlar üzrə iki reytinq tərtib ediblər. Məhz bu mobil proqramlar həm fon rejimində, həm də aktiv istifadə zamanı daha çox şarj işlədirlər.   Son.az ICTnews-a istinadən bildirir ki, 2017-ci ilin iyun-sentyabr ayları ərzində dünyada 3 milyon smartfon araşdırılıb. Siyahıda fon rejimində avtomatik aktivləşən proqramlar yerləşdirilib. İlk pillələri "Samsung" smartfonlarında öncədən qurulmuş proqramlar tutublar. "Google Maps" mobil tətbiqi və "Facebook"un öz messenceri, həmçinin "WhatsApp" reytinqə daxil edilib. İkinci reytinqdə aktiv istifadə zamanı daha çox resurs işlədən mobil proqramlar yerləşdirilib. Son.az