Nigeriyada 80-ə yaxın məktəbli qız terrorçulardan xilas edilib


Dünya 22 Fev 2018 05:56:37 218 0

Nigeriyada 80-ə yaxın məktəbli qız terrorçulardan xilas edilib

Onlar "Boko haram" terror qruplaşmasının hücumundan sonra yoxa çıxıblar

Nigeriya hərbçiləri "Boko haram" terror qruplaşmasının ölkənin şimal-şərqində yerləşən Dapçi (Yobe ştatı) kəndinə hücumundan sonra itgin düşmüş 80-ə yaxın məktəblini xilas ediblər.

“Report” TASS-a istinadən xəbər verir ki, bu barədə yerli məmura istinadən CNN teleşirkəti məlumat yayıb.

Bildirilir ki, qızlar çərşənbə günü Borno və Yobe ştatları arasında yerləşən şəhərdə aşkar ediliblər.

"Reuters"in məlumatına görə, Nigeriya ordusu 76 məktəblini xilas edib, həmçinin 2-sinin meyiti tapılıb.