Meksikada sərnişin gəmisində partlayış olub, 25 nəfər yaralanıb - VİDEO


Dünya 22 Fev 2018 04:59:19 229 0

Meksikada sərnişin gəmisində partlayış olub, 25 nəfər yaralanıb - VİDEO

Yaralılar arasında üç uşaq var

Meksikada sərnişin bərəsində baş verən güclü partlayış nəticəsində azı 25 nəfər xəsarət alıb.

“Report” RİA "Novosti"yə istinadən xəbər verir ki, yaralılardan 7-si ABŞ, 15-i isə yerli vətəndaşdır.

Xəsarət alan amerikalılar arasında 12 və 14 yaşlarında olan azı 3 uşaq var.