Rusiyalı senator: İraqda valideynini itirmiş 15-ə yaxın azərbaycanlı uşaq var


Sosial 22 Fev 2018 00:59:24 279 0

Rusiyalı senator: İraqda valideynini itirmiş 15-ə yaxın azərbaycanlı uşaq var

Onlardan ən böyüyünün 7-8 yaşı var

İraqda valideynləri döyüşlərdə ölmüş 15-ə yaxın azərbaycanlı uşaq var.

“Report” RİA "Novosti"yə istinadən xəbər verir ki, bunu Rusiya Federal Məclisinin Federasiya Şurasının üzvü, Çeçenistan rəhbərinin Yaxın Şərq və Şimali Afrika ölkələrindəki nümayəndəsi Ziyad Sabsabi bildirib.

Onun sözlərinə görə, hazırda İraqda Tacikistandan ən azı 10-12, Azərbaycandan isə təqribən 15 uşaq var:

"Hazırkı vəziyyətdə söhbət yalnız ən böyüyünün 7-8 yaşı olan uşaqlardan gedir. Biz bu ölkələrə necəsə köməklik göstərmək istəyirik. Əvvəllər biz MDB vətəndaşlarını da gətirirdik, lakin bunu bizə qadağan etdilər, çünki Rusiya qanunlarına görə, biz xarici ölkə vətəndaşlarının qaytarılması hüququna malik deyilik. Uşağın valideynlərindən birinin Rusiya vətəndaşı olduğunu təsdiq edən sənəd olmadıqda, biz heç nə edə bilmirik".