Lənkəranda yol kənarından naməlum kişi meyiti tapılıb


Sosial 21 Fev 2018 23:28:49 272 0

Lənkəranda yol kənarından naməlum kişi meyiti tapılıb

Meyit kənd sakinləri tərəfindən aşkar edilib

Lənkəran şəhərində naməlum kişi meyiti aşkar edilib.

"Report"un Cənub bürosu xəbər verir ki, bu barədə polisə yerli sakinlər məlumat veriblər.

Təqribən 50-55 yaşlarında olan kişi meyiti 7 saylı məktəbin arxa küçəsində tapılıb. İlkin araşdırmaya görə, mərhumun adı Mirzədir.

Meyit müayinə üçün Məhkəmə Tibbi Ekspertiza və Patoloji Anatomiya Birliyinin Lənkəran rayon şöbəsinə təhvil verilib.

Faktla bağlı araşdırma aparılır.