Əldə hazırlanan turşulara etibar etmək olarmı? VİDEO


Digərləri 21 Fev 2018 22:14:00 281 0

Əldə hazırlanan turşulara etibar etmək olarmı?  VİDEO

Ötən il 500-dən çox insan turşudan zəhərlənib və bunların hamısı evlərdə hazırlanan turşular səbəbindən baş verib. Son.az bildirir ki, bu, əldə hazırlanan turşuların saxlanma müddəti məsələsini gündəmə gətirib.

Respublika Gigiyena və Epidemologiya Mərkəzinin verdiyi məlumata görə zəhərlənən şəxslərdən 3 nəfəri isə həyatını itirib. Zavodlarda hazırlanan turşularda son istifadə tarixi qeyd olunsa da, əldə hazırlanan turşularda belə bir müddət yoxdur. Bu isə o deməkdir ki, bir neçə il qalan turşuların zəhərlənmələrə səbəb olma ehtimalı daha yüksəkdir.

Əldə hazırlanan turşu satışı ilə məşğul olanlar bildirir ki, bu müddət altı ayla bir ildən çox olmamalıdır.

Mütəxəssislər bildirir ki, əldə hazırlanan turşuları bir ildən çox müddətdə istifadə etmək çox böyük təhlükə yaradır.