Teyyub Qurban dünyasını dəyişdi


Digərləri 21 Fev 2018 21:33:00 234 0

Teyyub Qurban dünyasını dəyişdi

Tanınmış şair, dramaturq, publisist, Azərbaycan Yazıçılar Birliyinin üzvü Teyyub Qurban vəfat edib. 

Son.az modern.az-a istinadən xəbər verir ki, yaxınlarının məlumatına görə, Teyyub Qurban bu gün dünyasını dəyişib. Mərhum sabah saat 2-də Bülbülə kəndində dəfn olunacaq.   Qeyd edək ki, Teyyub Qurban 1934-cü ilin dekabr ayının 18-də Bakının Bülbülə qəsəbəsində neftçi ailəsində anadan olub. T.Qurban Azərbaycan Dövlət Universitetinin filologiya fakültəsinin jurnalistika şöbəsində təhsil alıb. Azərbaycan Xalq Cühmuriyyəti və Repressiya dövrünün araşdırıcısı kimi tanınırdı.