Mingəçevirdə qadın əri tərəfindən döyülərək xəsarət alıb


Sosial 21 Fev 2018 21:19:42 253 0

Mingəçevirdə qadın əri tərəfindən döyülərək xəsarət alıb

Faktla bağlı polis şöbəsində araşdırma aparılır

Mingəçevir şəhərində ailə münaqişəsi zəminində döyülmə hadisəsi baş verib.

"Report"un Şirvan bürosu xəbər verir ki, hadisə şəhərin Əliağa Vahid küçəsi 4 ünvanında baş verib.

1983-cü il təvəllüdlü Cəfərova Samirə Tahir qızı ailə münaqişəsi zəminində əri tərəfindən döyülərək müxtəlif dərəcəli bədən xəsarətləri alıb. Yaralıya yerindəcə tibbi yardım göstərilib.

Faktla bağlı Mingəçevir şəhər Polis şöbəsində araşdırma aparılır.