"Bozbash pictures"ın Qılmanı: "İlkinin yerində olub, özünü yekəxana aparmaq istəyənlər çoxdur" FOTO


Şou-biznes 21 Fev 2018 21:03:00 554 0

"Bozbash pictures"ın Qılmanı: "İlkinin yerində olub, özünü yekəxana aparmaq istəyənlər çoxdur"  FOTO

Tanınmış aktyor İlkin Misgərlinin Son.az-a müsahibəsi.

- İlkin Misgərli kimdir?

- İlkin Misgərli orta yaşlı, orta istedada malik olan, məsuliyyətli və çəkilişə gecikməyən bir aktyordur.

- Çəkilişə gecikən aktyorlar çoxdur?

- 9-da çəkiliş olacaq,12-də çəkilişə gələn aktyorlar var. Çox şükür ki, bu hallar bizim komandada baş vermir.

- Neçə ildir ki, "Bozbash pictures"ə çəkilirsiz?

- Artıq 3-cü mövsümdür ki, mən "Bozbash pictures" ilə çalışıram və çox şadam.

- Niyə məhz Qılman doktor?

- Maraqlı adları bizdə həmişə obrazlara İlkin Həsəni qoyub. İlkin Qılman adını mənə deyəndə çox güldüm. Çox maraqlı addır. Mən Qılmanı necə təsəvvür edirdimsə, elə də oynayıram. Çox savadsız, işini bacarmayan bir həkim obrazı yaratmağa çalışıram. Uzman Qılman həkim mamaçadır, amma bütün ixtisaslarla maraqlanır. Həm cərrahdır, həm uşaq həkimidir.

- Başqa obrazda oynamaq istərdinizmi?

- Təbii ki, həmişə Qılmanı oynamaq istəmərəm, bu obraz "Bozbash pictures"-ə məxsus obrazdır. Bir çox filmlərdə oynamışam. "My name is İntiqam" filmində Syoma obrazını oynamışam. Çox fərqli obrazdır. Təklif gəlsə, təbii ki, başqa rollar da oynayaram.

- "Bozbash pictures"ə ən son siz qoşulmusuz. Adaptasiya çətin olmadı ki?

- Mən 2000-ci ildən İlkin Həsəni ilə "potok" yoldaşı olmuşam. Mən dram və kino aktyor fakültəsini, həmkarım İlkin isə televiziya rejissorluğu fakültəsini bitirib. Bizim dostluğumuz, münasibətimiz o illərdən davam edir. Daha sonra isə komandanın digər üzvləri ilə tanışlığım başlayıb. Mən "Bozbash pictures"in bir nömrəli tamaşaçısı idim. Nicat Rəhimov mənim qonşumdur, tez-tez onunla bu haqda söhbətlər edirdim.

- Sizi komandaya kim cəlb etdi?

- Məni komandaya İlkin dəvət etdi. Bir il sonra öyrəndim ki, məni İlkinə Nicat təklif edib.

- Nə vaxt məşhur oldunuz?

- Mən deməzdim ki, məşhuram. Məşhur olmağıma, hələ ki, var. Etiraf edim ki, məni "Bozbash pictures" məşhur etdi. İlk efir günündən sonra telefonuma gələn zənglərdən hiss etdim ki, burada daha çox sevildim, nəinki digər layihələrdə.

- Çox maraqlıdır ki, Salyan ləhcəsi ilə danışırsınız.

- Bəli, salyanlıyam. Ata tərəfim Salyan, ana tərəfim Neftçaladandır. Demək olar ki, uşaqlığım Neftçalada keçib. Bu bölgənin şirin ləhcəsi var deyə bu cür danışıram.

- "Stalinin başı" filmi hələlik sizin son çəkildiyiniz ekran işidir. Çəkiliş arxasında nələr baş verib?


Xəbərə aid fotolar