Yeni doğulanlar daha çox hansı ölkədə ölür?


Dünya 21 Fev 2018 20:45:00 246 0

Yeni doğulanlar daha çox hansı ölkədə ölür?

Pakistanda yeni doğulan körpələr arasında ən yüksək ölüm səviyyəsi qeydə alınıb.

Son.az Trend-ə istinadən xəbər verir ki, bu barədə YUNİSEF-in hesabatında qeyd edilir.

Hesabata əsasən dünyada hər il 2 milyon 600 min yeni doğulan körpə ölümü qeydə alınır.

Pakistanda bu hal daha acınacaqlıdır. Belə ki, bu ölkədə hər 1000 körpəyə 46 ölüm halı baş verir.