"Azərbaycanda biznes üçün hər cür şərait yaradılıb"


Digərləri 21 Fev 2018 20:47:00 242 0

"Azərbaycanda biznes üçün hər cür şərait yaradılıb"

Hazırda Azərbaycanda biznesin inkişafı üçün hər cür şərait yaradılıb

Son.az Trend-ə istinadən bildirir ki, bunu iqtisadiyyat nazirinin müavini Sahil Babayev Caspian European Club bu gün Bakıda on birinci CEO Lunch-da deyib.

S.Babayev biznesin problemlərinin müzakirəsi və onların həlli yollarının tapılması məqsədilə aktual meydanın yaradılmasında Klubun fəaliyyətinin əhəmiyyətini vurğulayıb:

"Azərbaycanın İqtisadiyyat Nazirliyi öz növbəsində özəl sektorla dövlət sektoru arasında əməkdaşlığın inkişafına hər cür yardım göstərməyə və bu işə öz töhvəsini verməyə çalışır, xüsusilə Azərbaycan məhsullarının xaricdə irəliləyişi məqsədilə dünyanın müxtəlif ölkələrinin birgə sənaye-ticarət palataları çərçivəsində fəal iş həyata keçirilir, müxtəlif ixrac missiyaları, biznes-forumlar və digər tədbirlər təşkil edilir. ".

Caspian European Club-un sədrinin birinci müavini və baş icraçı direktoru Telman Əliyev CEO Lunch-ın bütün iştirakçılarını 2018-ci il aprelin 18-də Gürcüstan və Azərbaycan hökumətlərinin dəstəyilə keçiriləcək 5-ci Beynəlxalq "Caspian Energy Forum Tbilisi"yə dəvət edib.

"Caspian Energy Forum Tbilisi"nin açılışında Gürcüstanın Baş naziri Georgi Kvirikaşvilinin və Gürcüstan Hökumətinin iqtisadi bloku təmsil edən bütün üzvlərinin iştirakı nəzərdə tutulur.

Forumun təşkilatçısı Gürcüstanın Caspian Energy Georgia şirkətidir.