Musiqili Teatrda həftəsonu


Kriminal 21 Fev 2018 20:20:00 273 0

Musiqili Teatrda həftəsonu

Azərbaycan Dövlət Musiqili Teatrında həftəsonu 3 gün ərzində 5 tamaşa nümayiş olunacaq.

Qurumun mətbuat xidmətindən Son.az-a bildirilib ki, həftəsonu - 24 fevral saat 19:00 "Bankir adaxlı" (E.Sabitoğlu, T.Vəliyeva), 25 fevral saat 12:00-da uşaqlar üçün "Yatmış gözəl və cırtdanlar" (Ş.Pero, A.Sadıqov) tamaşaları ana dilimizdə təqdim ediləcək.

Musiqili Teatr həmişə olduğu kimi, bu həftə rusdilli tamaşaçılarını da unutmayıb.  23 fevral, saat 12:00-da uşaqlar üçün "Qoğalın macərası", saat 19:00-da böyüklər üçün SSRİ Xalq artisti R.Hacıyevin "Qafqazlı qardaşqızı" əsəri, 24 fevral, saat  12:00 və 14:00-da isə  "Düyməcik" (H.K.Anderson) nağıl-tamaşası nümayiş olunacaq.


Xəbərə aid fotolar