Kənd sakinləri nəhəng ilan tapdılar


Dünya 21 Fev 2018 20:15:00 243 0

Kənd sakinləri nəhəng ilan tapdılar

Türkiyənin Tekirdağ rayonunun Şarköy qəsəbəsində 3 metr 20 santımetr uzunluğunda ölü ilan tapılıb. 

Son.az Milliyet-ə istinadən xəbər verir ki, nəhəng ilan ölüsünü tapan şəxs onu Ovçular və atıcılar dərnəyinə aparıb. Məsələyə digər dövlət qurumları da qarışıb.

İlkin məlumata görə, ilanın piton olduğu təxmin edilir. Bu ilan növünün Türkiyənin sözügedən bölgəsinə xas olmadığı da deyilir.


Xəbərə aid fotolar