XİN sözçüsü: "Türkiyə və Suriya kəşfiyyat məlumatlarını mübadilə edə bilər"


Dünya 21 Fev 2018 20:06:44 282 0

XİN sözçüsü: "Türkiyə və Suriya kəşfiyyat məlumatlarını mübadilə edə bilər"

İki ölkə arasında siyasi məsləhətləşmələr aparılmır

"Türkiyə və Suriya kəşfiyyat məlumatlarını mübadilə edə bilər". 

"Report" Türkiyə KİV-inə istinadən xəbər verir ki, bunu Türkiyə Xarici İşlər Nazirliyinin sözçüsü Hami Aksoy Afrində keçirilən "Zeytun budağı" əməliyyatı ilə bağlı fevralın 21-də keçirdiyi mətbuat konfransında bildirib. 

Onun sözlərinə görə, iki ölkə arasında siyasi məsləhətləşmələr aparılmır.