Bakıda Çaykovskinin “Qu gölü” baletinin tamaşası keçiriləcək


Digərləri 21 Fev 2018 19:49:00 235 0

Bakıda Çaykovskinin “Qu gölü” baletinin tamaşası keçiriləcək

Martın 7-də Azərbaycan Dövlət Akademik Opera və Balet Teatrında Pyotr Çaykovskinin “Qu gölü” baletinin tamaşası keçiriləcək.

Bakı. Martın 7-də Azərbaycan Dövlət Akademik Opera və Balet Teatrında Pyotr Çaykovskinin “Qu gölü” baletinin tamaşası keçiriləcək. Teatrdan Trend-ə verilən məlumata görə, tamaşaçıların çox sevdiyi və böyük maraq göstərdikləri bu balet 8 Mart - Beynəlxalq qadınlar gününə həsr olunub. Tamaşada əsas rolları Rusiya Dövlət Akademik Böyük Opera və Balet Teatrının solistləri, balet artistlərinin beynəlxalq müsabiqələrinin laureatları Alyona Kovalyova (Odetta-Odilliya) və Yakopo Tissi (Şahzadə Ziqfrid) ifa edəcəklər. Qeyd edək ki, Ziqfrid rolunun ifaçısı Y.Tissi İtaliya balet məktəbinin yetirməsidir.