İstanbulda “Xocalıya ədalət” həftəsi qeyd olunacaq


Digərləri 21 Fev 2018 18:44:00 222 0

İstanbulda “Xocalıya ədalət” həftəsi qeyd olunacaq

Milli Məclisin deputatı Naqif Həmzəyev fevralın 23-dən 27-dək Türkiyənin İstanbul şəhərində səfərdə olacaq.

Bakı. Elçin Mehdiyev - Milli Məclisin deputatı Naqif Həmzəyev fevralın 23-dən 27-dək Türkiyənin İstanbul şəhərində səfərdə olacaq. Milli Məclisdən Trend-ə verilən məlumata görə, deputat Yeni Yüzyıl, Bahçeşehir və Aydın Universitetlərində Xocalı soyqırımının 26-cı ildönümünə həsr olunmuş anma konfranslarında Dağlıq Qarabağ münaqişəsinin tarixi və Xocalı qətliamı barədə çıxış edəcək.