Əkizlər də "qara siyahı"dan çıxdı


Şou-biznes 21 Fev 2018 18:30:00 260 0

Əkizlər də "qara siyahı"dan çıxdı

Müğənnilər Sevil və Sevinc Səfərova bacıları da uzun illərdir ATV kanalının "qara siyahı"sında idi.

Son.az axşam.az-a istinadən xəbər verir ki, bu günlərdə "Xəzər" telekanalındakı aparıcılıq fəaliyyətinə son qoyan bacıların ATV-dəki qadağası da götürülüb. Belə ki, Sevil və Sevincin sözügedən kanalın mikrofonuna müsahibə verərkən çəkilən şəkilləri sosial şəbəkədə paylaşılıb.

Qeyd edək ki, əkizlər ATV-də yayımlanan "Yeni ulduz" müsabiqəsinin iştirakçısı olublar. Daha sonra onlar "Xəzər"də aparıcı kimi çalışmağa başlayıb. Bundan sonra ATV onlara efir qadağası qoymuşdu.