Deşam Sissoko və Mendi barədə fikirlərini bölüşüb


İdman 21 Fev 2018 18:36:00 236 0

Deşam Sissoko və Mendi barədə fikirlərini bölüşüb

Fransa millisinin baş məşqçisi Didye Deşam komandanın 2 üzvü - Mussa Sissoko və Benjamen Mendi barədə fikirlərini bölüşüb. Goal.az xəbər verir ki, 49 yaşlı mütəxəsis bunları deyib:

"Sissokonun nəyə qadir olduğunu görmək üçün AVRO-2016-nın finalını izləmək kifayət edir. Eyni zamanda o, oyun baxımından Koman və Mbappe kimi futbolçulardan fərqlənir. Mussanın oyununu bəyənirəm. Deyərdim ki, bu futbolçu "Toulouse"dan Poçettinonun komandasına qədər çətin yol keçmiş bir döyüşçüdür. Sissoko heç vaxt oyun vaxtından şikayətlənmir, komanda yoldaşlarının xoşuna gəlir və rəqibləri qorxudur.

Mendi yaxşı futbolçuların kateqoriyasına daxildir. Bununla yanaşı, gərək əvvəlki tempi tutsun. Klubunda əsas heyətə düşmək üçün mübarizə aparmalıdır. İndi onun dünya çempionatına yollanmaq şansları barədə suala cavab verə bilməyəcəm. Mendi optimal formada qalmaq üçün hər şeyi edir. O, futbol refleksini bərpa etməli və zədədən qorxmamlıdır".