Azərbaycan Vyanada dəmir yolu ilə bağlı biznes forumda iştirak edir (FOTO)


Digərləri 21 Fev 2018 17:51:00 210 0

Azərbaycan Vyanada dəmir yolu ilə bağlı biznes forumda iştirak edir (FOTO)

"Strateji Tərəfdaşlıq 1520: Mərkəzi Avropa” biznes-forumu Vyanada keçirilir

Bakı. Vyanada "Strateji Tərəfdaşlıq 1520: Mərkəzi Avropa” biznes-forumu keçirilir. “Azərbaycan Dəmir Yolları” Qapalı Səhmdar Cəmiyyəti İctimaiyyətlə əlaqələr şöbəsindən Trend-ə verilən məlumata görə, yığıncaqda ölkəmizi QSC-nin sədri Cavid Qurbanovun rəhbərlik etdiyi nümayəndə heyəti təmsil edir. Forumda Rusiyanın nəqliyyat naziri Maksim Sokolov, Avstriya nəqliyyat, innovasiya və texnologiya naziri Norbert Hofer, “Rusiya dəmir yolları” ASC-nin sədri Oleq Belozyorov, “ÖBB-Holding AG”-nin baş direktoru Andreas Matte, Beynəlxalq dəmir yolu nəqliyyatı komitəsinin sədri Jan-Lük Düforno, İtaliya dəmir yollarının beynəlxalq fəaliyyəti üzrə vitse-prezidenti Jovanni Rokka, “FERRMED” assosiasiyasının prezidenti Hoan Amoros, eləcə də “enli” və “ensiz” izlərə malik dövlətlərin milli dəmir yolu şirkətlərinin, ixtisaslaşdırılmış beynəlxalq təşkilatların və bank sektorunun rəhbərləri iştirak edirlər. Ümumilikdə 24 ölkədən 250 nümayəndənin - dəmir yolu şirkətlərinin, nəqliyyat, logistik və maşınqayırma müəssisələrinin, həmçinin Azərbaycan və Rusiyanın müvafiq idarəetmə orqanlarının rəhbərlərinin qatıldığı tədbir sabah davam edəcək.