Qalmaqallı polis rəisi işdən çıxarıldı


Digərləri 21 Fev 2018 17:35:00 279 0

Qalmaqallı polis rəisi işdən çıxarıldı

Daxili işlər naziri Ramil Usubovun əmri ilə Gəncə şəhər Baş Polis İdarəsinin Yol Polisi Şöbəsinin rəisi Rəhim Zalov tutduğu vəzifədən azad edilib. 

Son.az qafqazinfo-ya istinadən xəbər verir ki, hələ ki, onun yerinə təyinat həyata keçirilməyib. Onun işdən azad edilməsi DİN tərəfindən keçirilən xüsusi yoxlamalarla əlaqədardır. Onun işdən çıxarılmasına səbəb işdə yol verdiyi nöqsanlar olub.

Gəncə şəhər Baş Polis İdarəsinin Yol Polisi Şöbəsindən "Qafqazinfo"ya bildirilib ki, R. Zalov hazırda səhhəti ilə əlaqədar Bakıdadır və müalicə olunur.