Kurtua: "Madridlə bağlım sözlərim düzgün təqdim olunmayıb"


İdman 21 Fev 2018 17:38:00 307 0

Kurtua: "Madridlə bağlım sözlərim düzgün təqdim olunmayıb"

"Chelsea"nin qapıçısı Tibo Kurtua bir müddət öncə "Real"la bağlı açıqlamasının təhrif olunduğunu bildirib. Goal.az xəbər verir ki, belçikalı qolkiper ürəyinin Madriddə olmasında məqsədin ailəsi olduğunu qeyd edib.

"Hələlik gələcəyimin necə olacağını bilmirəm. "Chelsea" ilə müqaviləmin sona çatmasına 1 il var. Yeni anlaşma üçün danışıqlar aparıram. Ürəyimin Madriddə olması ilə bağlı ifadəmi düzgün təqdim etməmişdilər. Sadəcə demək istəyirdim ki, İspaniya paytaxtında yaşayan uşaqlarımdan ayrı qalmaq mənə asan deyil. İstənilən halda, ilk gündən mənə etimad göstərən "Chelsea" klubuna çox şey borcluyam".