Bakıda dələduzluqda təqsirləndirilən keçmiş bank əməkdaşının şikayəti əsasında məhkəmə başlayıb


Sosial 21 Fev 2018 17:25:30 248 0

Bakıda dələduzluqda təqsirləndirilən keçmiş bank əməkdaşının şikayəti əsasında məhkəmə başlayıb

Məhkəmənin növbəti iclası martın 6-na təyin edilib

Bakı Apellyasiya Məhkəməsində dələduzluqda təqsirləndirilən Eldar Salmasinin barəsində olan hökmdən verilən apellyasiya şikayəti üzrə məhkəmə iclası başlayıb.

"Report"un xəbərinə görə, hakim Faiq Qasımovun sədrliyi ilə keçirilən prosesdə təqsirləndirilən şəxsin anket məlumatları dəqiqləşdirilib.

Məhkəmənin növbəti iclası martın 6-na təyin edilib.

İttiham aktına əsasən, E.Salmasi "Zaminbank" ASC-də xəzinədar vəzifəsində işləyib. O, vətəndaşları ucuz qiymətə dollar satmaq adı ilə aldadaraq dələduzluq əməlini törədib. E.Salmasi vəzifəsindən azad edildikdən sonra da bir neçə şəxsə qarşı dələduzluq edib.

O, Cinayət Məcəlləsinin 178.3.2-ci (dələduzluq, külli miqdarda törədildikdə) maddəsi ilə ittiham olunub.

Bakı Ağır Cinayətlər Məhkəməsinin hökmü ilə E.Salmasinin 10 il müddətinə azadlıqdan məhrum edilib. Hökmdən narazı qalan məhkum apellyasiya şikayəti verib.