"Spartak"ın 2 azarkeşi Münhen - Bilbao reysindən düşürülüb


İdman 21 Fev 2018 17:30:00 282 0

"Spartak"ın 2 azarkeşi Münhen - Bilbao reysindən düşürülüb

Avropa Liqasının 1/16 final mərhələsində cavab qarşılaşmasını Rusiya çempionu "Spartak" səfərdə "Athletic"ə qarşı keçirəcək. Goal.az xəbər verir ki, bu arada "ağ qırmızılar"ın 2 azarkeşinə Münhen - Bilbao aviareysi ilə uçmasına icazə verilməyib. Onların adı futbol xuliqanları siyahısına salındığı üçün polis tərəfindən müdaxiləyə məruz qalıblar.

"İki nəfəri sadəcə saxladılar və apardılar. Ümid edirəm ki, onları yenidən Rusiyaya qaytarmazlar. Bu şəxslər Bilbaoya "Spartak"ın matçını canlı izləmək üçün gedirdi" - azarkeşlərdən biri deyib.