Bakıda kəsilmiş 5 ağacın yerinə 20ni əkdilər


Digərləri 21 Fev 2018 17:15:00 244 0

Bakıda kəsilmiş 5 ağacın yerinə 20ni əkdilər

Ekologiya və Təbii Sərvətlər  Nazirliyinin əməkdaşları tərəfindən Bakı şəhərində ekoloji qanunvericiliyin tələblərinə riayət olunması vəziyyətini yoxlamaq məqsədilə 21 fevral 2018-ci il tarixində növbəti reyd keçirilib.

Nazirlikdən Son.az-a verilən məlumata görə, keçirilən reyd zamanı Nizami rayonu, Q.Qarayev prospekti 59 ünvanında gecə saatlarında yaşköküstə 5 ədəd müxtəlif cinsli ağacın kəsildiyi müəyyən edilib.

Faktla bağlı akt tərtib edilərək təqsirkarın müəyyən edilməsi üçün toplanmış materiallar tədbir görülməsi məqsədilə Nizami rayon polis idarəsinə göndərilib. Eyni zamanda sözügedən ərazidə Ekologiya və Təbii Sərvətlər Nazirliyinin əməkdaşlarının nəzarəti altında Bakı şəhər Yaşıllaşdırma Təsərrüfat Birliyi tərəfindən 20 ədəd yeni ağacın əkilməsi təmin olunub.