Türkiyə tankçı olmadan idarə edilən tank hazırlayacaq


Dünya 21 Fev 2018 16:48:00 244 0

Türkiyə tankçı olmadan idarə edilən tank hazırlayacaq

Ərdoğan vurğulayıb ki, ölkəsinin hərbi və müdafiə sənayesi sürətlə inkişaf edir

“Biz tankçı olmadan idarə edilən tank istehsal edəcəyik. Bunu etməyimiz vacibdir”.

“Report” xəbər verir ki, bunu Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan ölkənin gələcək inkişafına dair proqramın təqdimat mərasimində bildirib.

O vurğulayıb ki, ölkəsinin hərbi və müdafiə sənayesi sürətlə inkişaf edir: “Qürurla danışa və öyünə biləcəyimiz sahələrdən biri də hərbi və  müdafiə sənaye sahələrimizdir. Əvvəllər bir Pilotsuz Uçan Aparatımız düşəndə narahat olurduq. İndi biri olmazsa, ikinci, üçüncü və s. var. Bu yaxınlarda bizm bir hərbi helikopterimiz qəzaya uğradı. Biz helikopterə görə deyil, orada şəhid olan pilotlarımıza görə narahat olduq".