Azərbaycanın sığorta bazarı 17% böyüyüb


İqtisadiyyat 21 Fev 2018 16:48:58 232 0

Azərbaycanın sığorta bazarı 17% böyüyüb

Sığorta şirkətləri ödənişləri 14% azaldıb

Bu ilin yanvar ayında Azərbaycanda fəaliyyət göstərən 21 sığorta şirkətinin xətti ilə 82,76 mln. manat sığorta haqqı toplanılıb.

"Report" Maliyyə Bazarlarına Nəzarət Palatasına istinadən xəbər verir ki, bu, ötən ilin eyni dövrü ilə müqayisədə 17% çoxdur.

Ay ərzində sığorta şirkətlərinin həyata keçirdiyi ödənişlər isə 14,1% azalaraq 22,988 mln. manat təşkil edib.

Hesabat dövründə sığorta bazarında toplanmış hər 100 manat sığorta haqqının 27,8 manatı ödəniş edilib. 2017-ci ilin müvafiq dövründə bu göstərici 37,9 manat olub.