Bayıldakı sürüşmə ilə bağlı cinayət işi açıldı


Digərləri 21 Fev 2018 16:55:00 248 0

Bayıldakı sürüşmə ilə bağlı cinayət işi açıldı

Bayıl yamacında baş verən sürüşmə ilə bağlı cinayət işi başlanılıb.

Son.az xəbər verir ki, Baş Prokurorluğun mətbuat xidmətinin rəhbəri Eldar Sultanov bu barədə Trend-ə bildirib.

Mətbuat xidmətinin rəhbəri bildirib ki, faktla bağlı Bakı Şəhər Prokurorluğunun İstintaq İdarəsində Cinayət Məcəlləsinin 308.2-ci (vəzifə səlahiyyətlərindən sui-istifadə; ağır nəticələrə səbəb olduqda) maddəsi ilə cinayət işi başlanılıb. Zəruri istintaq-əməliyyat tədbirləri davam etdirilir.