Bakı Dövlət Universitetinin təsis edilməsi Azərbaycan Xalq Cümhuriyyətinin gördüyü ən mühüm işlərdən biridir


Digərləri 21 Fev 2018 16:57:57 181 0

Bakı Dövlət Universitetinin təsis edilməsi Azərbaycan Xalq Cümhuriyyətinin gördüyü ən mühüm işlərdən biridir

“Azərbaycan Xalq Cümhuriyyəti İli” çərçivəsində Suraxanı rayon İcra Hakimiyyətində BDU-nun 100 illik yubileyi ilə əlaqədar tədbir keçirilib.

Bakı. “Azərbaycan Xalq Cümhuriyyəti İli” çərçivəsində Suraxanı rayon İcra Hakimiyyətində BDU-nun 100 illik yubileyi ilə əlaqədar tədbir keçirilib. Universitetdən Trend-ə verilən məlumata görə, Suraxanı Rayon İcra Hakimiyyəti, Bakı Dövlət Universiteti və Azərbaycan Respublikasının Prezidenti yanında Bilik Fondunun birgə təşkilatçılığı ilə keçirilən tədbirdə BDU-nun bu rayondan olan məzunları iştirak ediblər. Əvvəlcə ulu öndər Heydər Əliyevin büstü önünə gül dəstələri qoyulub, sonra isə ümummilli liderin adını daşıyan parkda universitetin 100 illiyi ilə əlaqədar xatirə ağacı əkilib. Bakı Dövlət Universitetinə həsr olunmuş sərgi ilə tanışlıqdan sonra tədbir öz işinə başlayıb. Suraxanı rayon İcra Hakimiyyətinin başçısı İlqar Abbasov “Azərbaycan Xalq Cümhuriyyəti İli” çərçivəsində universitetin 100 illik yubileyinin müxtəlif illərdə Bakı Dövlət Universitetini bitirmiş suraxanılı məzunların iştirakı ilə keçirilməsini əlamətdar hadisə adlandırıb. Azərbaycan Xalq Cümhuriyyətinin 100 illik yubileyinin keçirilməsi haqqında Prezident İlham Əliyevin 16 may 2017-ci il tarixli sərəncamından danışan İlqar Abbasov Cümhuriyyətinin öz üzərinə götürdüyü çətin tarixi vəzifəni şərəflə yerinə yetirməsindən, Bakı Dövlət Universitetinin də məhz milli hökümət tərəfindən yara­dılmasından bəhs edib, universitetin xalqımızın təhsil və elm tarixində oynadığı rola diqqət çəkib.