Bayıldakı sürüşmə ilə bağlı cinayət işi açıldı


Digərləri 21 Fev 2018 16:43:00 221 0

Bayıldakı sürüşmə ilə bağlı cinayət işi açıldı

Bayıl yamacında baş verən sürüşmə ilə bağlı cinayət işi başlanılıb.

Bakı. Samir Əli - Bayıl yamacında baş verən sürüşmə ilə bağlı cinayət işi başlanılıb. Baş Prokurorluğun mətbuat xidmətinin rəhbəri Eldar Sultanov bu barədə Trend-ə bildirib. Mətbuat xidmətinin rəhbəri bildirib ki, faktla bağlı Bakı Şəhər Prokurorluğunun İstintaq İdarəsində Cinayət Məcəlləsinin 308.2-ci (vəzifə səlahiyyətlərindən sui-istifadə; ağır nəticələrə səbəb olduqda) maddəsi ilə cinayət işi başlanılıb. Zəruri istintaq-əməliyyat tədbirləri davam etdirilir.