DƏHŞƏTLİ CİNAYƏT: 5ci həyat yoldaşını və 20 günlük körpəsini öldürdü


Digərləri 21 Fev 2018 16:31:00 277 0

DƏHŞƏTLİ CİNAYƏT: 5ci həyat yoldaşını və 20 günlük körpəsini öldürdü

Daşkəsən rayonunda arvadını və 35 günlük körpəsinin xüsusi amansızlıqla öldürməkdə təqsirli bilinən 1979-ci il təbvəllüdlü 39 yaşlı Raqif Ələkbərovun cinayət işi üzrə məhkəmə prosesi başlayıb.

Son.az teleqraf-a istinadən xəbər verir ki, bu gün Gəncə Ağır Cinayətlər Məhkəməsində hakim Faiq Mahmudovun sədrliyi ilə baş tutan prosesdə prokuror ittiham aktını elan edib.

İttihama görə, Raqif Ələkbərov həyat yoldaşı Kamilə Məmmədovanı və yenicə doğulmuş körpəsini xüsusi amansızlıqla qətlə yetirib.

Hadisə 2017-ci il iyunun 20-də axşam saatlarında Daşkəsən rayonunun Şahvələdli kəndində baş verib. Sərxoş vəziyyətdə arvadı ilə mübahisə edən Raqif Ələkbərov onu özünə məxsus tərzdə cəzalandırmaq qərarına gəlib.

Buna səbəb isə mütəmadi olaraq əri tərəfindən döyülən qadının ondan polisə şikayət etməsi olub. Arvadının şikayəti əsasında inzibati qaydada məsuliyyətə cəlb edilərək 500 manat cərimə olunmasını Rafiq Ələkbərov Kamilə Məmmədovaya bağışlamayıb. O qadından qisas almaq üçün onu və körpə qızını öldürmək fikrinə düşüb.

Kamilənin başına yumruqla çoxsaylı zərbələr endirən Raqif Ələkbərov dəmir zənciri onun boğaz nahiyəsinə keçirərək it üçün nəzərdə tutulmuş qalın məftilə bağlayıb, bir müddət onu torpağa uzanıqlı vəziyyətdə saxlayıb.

Rafiq Ələkbərovun bununla ürəyi soyumayıb. Qadını sürüyərək evə gətirib və taxta parçasıyla döyməyə davam edib. Raqif Ələkbərov Kamilə ilə birgə onun qucağındakı 35 günlük körpəsini də döyüb.