70-ə yaxın qanunsuz agac kəsild - Sənədlər Baş Prokurorluğa göndərildi


Digərləri 21 Fev 2018 16:30:00 227 0

70-ə yaxın qanunsuz agac kəsild - Sənədlər Baş Prokurorluğa göndərildi

Qanun pozuntusu ilə bağlı toplanmış sənədlər Baş Prokurorluğa göndərilib

Bakı. Samir Əli - Ekologiya və Təbii Sərvətlər Nazirliyinin 1 saylı Ərazi Ekologiya və Təbii Sərvətlər şöbəsi nəzarət etdiyi Lənkəran, Lerik, Masallı, Astara, Cəlilabad rayonu ərazisində ekoloji qanunvericiliyin tələblərinə riayət olunmasını yoxlamaq məqsədilə növbəti reyd keçirib. Nazirliyin mətbuat xidmətindən Trend-ə verilən məlumata görə, keçirilən reyd zamanı Lənkəran rayonu Sinovli kəndi ərazisində, Osaküçə bələdiyyəsinin mülkiyyətinə məxsus torpaq sahəsində yaşköküstə 4-30 sm diametrliyində 69 ədəd müxtəlif cinsli ağacın kəsildiyi aşkar edilib.