"Air France" işçiləri tətil edir


Dünya 21 Fev 2018 16:26:00 263 0

"Air France" işçiləri tətil edir

"Air France" aviaşirkətinin əməkdaşlarının etdiyi tətil Parisdən həyata keçirilən uzaq reyslərin 50 faizinə təsir göstərəcək.

Son.az Trend-ə istinadən bildirir ki, şirkətin işçilərin əməkhaqqının artırılması tələbi ilə birgünlük tətil elan edib.

Şirkət rəhbərliyi tətillə əlaqədar sərnişinlərə xəbərdarlıq edib və biletləri əlavə ödəniş olmadan digər vaxta dəyişməyi məsləhət görüb.